Bakı sakini dəm qazından boğulub

Bakı sakini dəm qazından boğulub
# 23 fevral 2017 20:23 (UTC +04:00)

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.

1994-cü il təvəllüdlü Rüstəmli Tural hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR