“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydası"na dəyişiklik edilib

“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydası"na dəyişiklik edilib
# 14 dekabr 2012 13:15 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası"na dəyişikliklər edib. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qaydanın 25-ci hissəsində ismin müvafiq hallarında "hərbi komissarlıq" sözləri ismin müvafiq hallarında "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsi" sözləri ilə əvəz edilib. Beləliklə, qaydanın həmin hissəsi “Hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşın buraxılış tələb olunan işə rəsmiləşdirilməsi zamanı təşkilatın kadr aparatı xidmət zamanı onun dövlət sirri ilə işləməyə buraxılması haqqında hərbi biletdə xüsusi qeydin mövcudluğunu yoxlamağa, belə qeyd mövcud olduqda isə vərəqəni (forma 3) almaq üçün bu vətəndaşın yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə sorğu göndərməyin zəruriliyi barədə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinə məlumat verməyə borcludur” kimi oxunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR