"AvtoVAZ" zərərini üçqat artırıb

"AvtoVAZ" zərərini üçqat artırıb
# 01 noyabr 2016 06:57 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın "AvtoVAZ" konserninin zərəri 2,6 dəfə artaraq 24,5 mln. rubla çatıb. "APA-Economics" xəbər verir ki, ötən ilin müvafiq dövründə konsernin zərəri 9,5 mln. rubl olub.

Hesabat dövründə şirkətin qısamüddətli öhdəlikləri 130 mln. rubl olub. Ötən ilin müvafiq dövründə bu göstərici 112 mln. rubl təşkil edib.

"AvtoVAZ"-ın gəlirləri 133,5 mln. rubl olub.

Qeyd edək ki, "AvtoVAZ" Azərbaycana VAZ, "Lada", "Niva" kimi modelləri ixrac edir. İxrac "Xəzər-Lada" ASC tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR