«Azər-Türk Bank» sərfəli şərtlərlə istehlak kreditləri təklif edir

«Azər-Türk Bank» sərfəli şərtlərlə istehlak kreditləri təklif edir
# 04 dekabr 2012 12:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azər-Türk Bank» ASC Azərbaycandakı müştərilərə istehlak kreditləri 36 ayadək müddətə, illik 20-22% dərəcəsi ilə (effektiv faiz dərəcəsi 11,16-12,31%) təklif edir. Kreditin maksimal məbləği isə 50 min manata qədər ola bilər.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Azər-Türk Bank» təqdim etdiyi istehlak kreditlərindən Azərbaycan vətəndaşları və əcnəbilər yararlana bilərlər: «Bankımız hazırda bazarda ən aşağı faizlə istehlak kreditləri təklif edir».

Bankın məhsulları və xidmətləri haqqında əlavə məlumat almaq üçün 464-42-(12-19) Müştəri Məlumat Mərkəzinə və yaxud www.azerturkbank.biz saytına müraciət etmək olar.

Qeyd edək ki, «Azər-Türk Bank» ASC 1995-ci ildə təsis edilib. Bankın səhmdarları rolunda «T.C. Ziraat Bankası A.Ş.», «Aqrarkredit», «Ziraat Bank International AG» və «Turanbank» çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR