Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar namizədlərin sıra baxışı keçirilib

Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar namizədlərin sıra baxışı keçirilib
# 03 dekabr 2012 14:51 (UTC +04:00)

Bakı Fuad Cəfərov-APA. Çevik Polis Alayında (ÇPA) daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxışda daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib. Əvvəlcə qarşılanma olub, Alay komandiri, polis polkovniki Zaur Abdullayev daxili işlər naziri Ramil Usubova iştirakçıların mərasimə hazır olması barədə raport verib. DİN baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 650 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanıb, bəzi irad və tövsiyələrini bildirib. R. Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyənlər sıra baxışından kənarlaşdırılıb. Nazir əmin olduğunu bildirib ki, onlar Azərbaycan polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərlərinə düşən vəzifələri və ölkə Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcək, sabitliyin etibarlı təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR