İctimai Palata Fəvvarələr meydanında şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edir - YENİLƏNİB

İctimai Palata Fəvvarələr meydanında şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edir - <span style="color: red;">YENİLƏNİB
# 10 dekabr 2012 11:23 (UTC +04:00)

APA-nın əməkdaşının verdiyi məlumata görə, İctimai Palataya daxil olan təşkilatların bir qrup üzvü müxtəlif şüarlar səsləndirərək meydana daxil olublar.

Polis Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısını almağa çalışır, saxlananlar var. Saxlanılanlardan biri də AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır. İçtimai Palata aksiya zamanı saxlanılmış şəxslərin siyahısını açıqlayıb. Siyahıda 17 nəfərin adı var.

Aksiyanı ATƏT-in Bakı ofisinin nümayəndələri və yerli hüquq müdafiəçiləri də izləyir.

Qeyd edək ki, İctimai Palata bu gün saat 14-də Milli Məclisin binası qarşısında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti İctimai Palatanın bu ərazidə aksiya keçirmək barədə müraciətinə rədd cavabı verib. Aksiya təşkilatçıları dekabrın 8-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və onlara razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısının alınacağı barədə xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR