Kiyevdə GUAM ölkələrinin biznes forumu keçiriləcək

Kiyevdə GUAM ölkələrinin biznes forumu keçiriləcək
# 23 noyabr 2012 12:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 15-də Kiyevdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri üçün «Export-Import FMCG Food & Drink» beynəlxalq biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, tədbirin məqsədi sözügedən ölkələrin iş adamları arasında əlaqələrin qurulması, əməkdaşlığa dair müqavilələrin imzalanması, GUAM ölkələrində biznes mühitinin qiymətləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsindən ibarətdir. Biznes forum Kiyev şəhərində yerləşən GUAM-ın Katibliyində təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR