Lənkəranda bayram yarmarkası keçirilib - FOTO

Lənkəranda bayram yarmarkası keçirilib - <span style="color: red;">FOTO
# 27 dekabr 2012 12:42 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə gerçəkləşən yarmarkada Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 42 şirkət və istehsal müəssisəsinin 325 ton ərzaq və yeyinti məhsulları satışa çıxarılıb. Əhaliyə təklif olunan məhsulların qiyməti bazar qiymətlərindən 25-30% aşağı olub.

Lənkəran ŞİH başçısının iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimovun sözlərinə görə, satış-yarmarkanın keçirilməsində əsas məqsəd bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaq olub.

Qeyd edək ki, yarmarkada qiymətlərə ŞİH tərəfindən yaradılmış işçi qrupu nəzarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR