ARDNŞ Türkiyədəki neft emalı zavodu ilə bağlı texniki tenderə yekun vurub

ARDNŞ Türkiyədəki neft emalı zavodu ilə bağlı texniki tenderə yekun vurub
# 04 dekabr 2012 13:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki neft emalı zavodunun tikintisi ilə bağlı keçirilən texniki tenderə yekun vurub. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayevin sözlərinə görə, tenderə Yaponiya, Koreya, ABŞ və Avropa şirkətləri qatılıb. İlin sonunadək kommersiya tenderinə də yekun vurulacaq. «Yanvar ayında qalib şirkətlərlə müqavilə imzalanacaq və icraçı şirkət işlərə başlayacaq».

R.Abdullayev bildirib ki, hazırda zavodun inşa olunacağı ərazidə torpaq işləri aparılır, indiyədək böyük həcmdə – təqribən 8 mln. kubmetr həcmində torpaq işləri görülüb, ərazidəki iri təpələr götürülüb: «Artıq 2016-cı ildə bu müəssisədən ilk məhsul alınacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR