Mahmud Əhmədinejad: “İranın nüvə proqramı ətrafında yaranmış gərginlik Tehranla Vaşinqton arasında həll edilməlidir”
09 noyabr 2012 16:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın nüvə proqramı siyasi problemə çevrilib”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad İndoneziyada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik Tehranla Vaşinqton arasında həll edilməlidir: “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bütün dövlətlər, hətta “altılıq” ölkələr İranın bu problemi ABŞ-la həll etməsi lazım olduğunu açıq şəkildə söyləyirlər”.
M. Əhmədinejad İranın nüvə proqramının şəffaf olduğunu göstərmək üçün bütün ölkələrin elm insanlarını İranın nüvə obyektlərini ziyarət etməyə çağırıb: “Bütün dövlətlərin nümayəndələri bizim nüvə obyektlərimizi gəzə bilər. Müxtəlif ölkələrin elm adamları gəlib fəaliyyətlərimizi yaxından görsünlər və nüvə proqramımızın hərbi məqsədli olmadığına şahid olsunlar. İran nüvə obyektlərinin qapılarını mediaya açan yeganə ölkədir”.
İran prezidenti bəyan edib ki, Tehranın nüvə problemini həll etmək üçün hər hansı yeni bir təşkilata ehtiyac yoxdur: “İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həlli üçün ABŞ-ın öz mövqeyini düzəltməsi kifayətdir. Bu dəyişiklik ABŞ və xalqının faydasına olacaq. Beynəlxalq agentlik dəfələrlə İranın nüvə obyektlərini ziyarət edib və hazırladığı 10-dan çox hesabatda Tehranın atom bombası istehsal etdiyinə dair hər hansı bir dəlilə rast gəlinmədiyini vurğulayıb”.

Asiya
Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum hava şarını vurublar
07:05
3 may 2024
Yaponiya və ABŞ hipersəs silahları əleyhinə raketin hazırlanmasına 3 milyard dollar xərcləyəcək
05:25
3 may 2024
ABŞ ordusu Yəmənin Husilərin nəzarət etdiyi bölgəsində üç PUA məhv edib
03:49
3 may 2024
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb - YENİLƏNİB
00:15
3 may 2024