Quba məzarlığındakı sümüklərin qorunması üsulu müəyyənləşdirilib

Quba məzarlığındakı sümüklərin qorunması üsulu müəyyənləşdirilib
# 06 dekabr 2012 11:15 (UTC +04:00)

Sümüklərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu tərəfindən hava sorulacaq, vakuum yaradılacaq, bununla da, sümüklərin çürüməsinin qarşısı alınacaq. Bu barədə APA-ya açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, sümüklər şüşə altına salınmazdan əvvəl Areologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən yenidən bir-bir təmizlənəcək. Səhiyyə Nazirliyinin Məhkəmə Tibb- Ekspertizası və Potoloji Anatomiya Birliyi tərəfindən dərmanlanan 7000-ə qədər sümük də yerinə qoyulacaq. Məzarlıqdakı sümüklər elmi baxımdan yenə də Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzarətində qalacaq.

Q. Ağayev bildirib ki, ümumi sahəsi 514 kv. metr olan məzarlığın yalnız 494 kv.metrində qazıntı işləri aparılıb. Qalan 20 kv.metr ərazi isə beynəlxalq tədqiqatçıların və ekspertlərin tədqiqatları üçün saxlanılıb.

Qeyd edək ki, Quba məzarlığı 2007-ci ilin aprelin 1-də aşkarlanıb. Məzarlıqda sümüklərlə dolu birinci quyu həmin ilin iyul ayında, ikinci quyu isə sentyabr ayında tapılıb. Lakin lazımi tədbirlər görülmədiyindən məzarlıqdakı ikinci quyu 2007-ci ilin noyabr ayında dağılıb. 2009-cu ilin dekabrında prezident İlham Əliyev Quba Soyqırımı Memorial Xatirə Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR