Türkiyənin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 27 dekabr 2012 08:40 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonağı qəbul edən BANM rektoru Elmar Qasımov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDN) son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb.

BANM haqqında səfirə məlumat verən E.Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub və bunun nəticəsi olaraq məktəbin məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. BANM-a ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən məktəb üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Səfir İsmail Alper Coşkun bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı, eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir: “Hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı maneənin aradan qaldırılması üçün bir-birimizə dəstək oluruq”. Diplomat Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Türkiyənin müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu söyləyib.

Görüşün sonunda səfir İsmail Alper Coşkuna BANM-in “Fəxri qonaq” diplomu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR