Bakının Sabunçu və Suraxanı rayonlarında radioaktiv çirklənməyə məruz qalan ərazilər təmizlənib - FOTOSESSİYA - VİDEO

Bakının Sabunçu və Suraxanı rayonlarında radioaktiv çirklənməyə məruz qalan ərazilər təmizlənib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 noyabr 2012 10:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələri və onların ətrafının radionuklid tərkibli kömürlərdən təmizlənməsi işini yekunlaşdırıb. APA-nın məlumatına görə, bu münasibətlə FHN-də layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin də qatıldığı təbirdə bildirilib ki, layihənin icrasına cari ilin may ayında başlanıb. Qeyd edilib ki, Bakı Yod Zavodunun ümumi sahəsi 32,5 hektardır. Bunun 4,3 hektarı Ramanı, 28,2 hektarı isə Suraxanı istehsalat sahələrinin ərazisidir.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib ki, layihə Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin nəzarəti altında «Ecoland» MMC tərəfindən həyata keçirilib. İşlər müvafiq təlimatlar və təhlükəsizlik qaydalarına riayət olunmaqla reallaşdırılıb. Beynəlxalq agentliyin nümayəndəsi Andrey Çupov isə qeyd edib ki, Azərbaycan hökumətinin müraciəti əsasında təmsil etdiyi təşkilatın ekspertləri layihənin icrasına nəzarət etmək üçün iki dəfə Bakıda olublar. Agentliyin layihə üzrə eksperti Horst Moken Fernandes layihənin icrasının ilkin qiymətləndirilməsinin keçirildiyini və orada artıq heç bir radioaktiv maddəyə rast gəlinmədiyini açıqlayıb. Onun sözlərinə görə, layihənin başa çatması və ekspertlər tərəfindən aparılmış monitorinqin nəticələrinin əks olunduğu yekun hesabat yaxın 1-2 ay içində Azərbaycan hökumətinə təqdim ediləcək.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə bildirib ki, artıq nə Ramanı, nə də Suraxanı istehsalat sahələrinin ərazisində radioaktiv çirklənmə mövcud deyil və uzun illər həllini gözləyən problem aradan qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR