GUAM-ın insan alveri və qeyri-leqal miqrasiya ilə mübarizə üzrə alt qrupunun iclası keçirilib

GUAM-ın insan alveri və qeyri-leqal miqrasiya ilə mübarizə üzrə alt qrupunun iclası keçirilib
# 19 noyabr 2012 15:44 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. GAUM-ın Kiyevdəki katibliyində insan alveri və qeyri-leqal miqrasiya ilə mübarizə üzrə işçi alt qrupunun 10-cu iclası keçirilib. APA-nın GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nümayəndə heyətləri bu sahədə milli qanunvericilik, operativ vəziyyət və həyata keçirilən tədbirlər haqqında informasiya mübadiləsi aparıblar.

Azərbaycanda “Eurovision-2012” müsabiqəsi və Ukraynada futbol üzrə Avropa çempionatı ərəfəsində və gedişində iki ölkənin dövlət orqanlarının insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə qazandıqları təcrübə də diqqət mərkəzində olub. Statistik və analitik informasiya mübadiləsinin genişləndirilməsi qərara alınıb.

Toplantının yekunları əsasında protokol imzalanıb. Növbəti yığıncaq 2013-cü ilin martında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR