Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi: “Dağlıq Qarabağ konflikti ilə bağlı siyasi barışığa nail olunmalıdır”

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi: “Dağlıq Qarabağ konflikti ilə bağlı siyasi barışığa nail olunmalıdır”
# 22 noyabr 2012 08:37 (UTC +04:00)

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 7-ci Assambleyasının Azərbaycanda yüksək səviyyədə təşkil olunması da bu inkişafın bariz göstəricisidir”. APA-nın xəbərinə görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesiya Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 7-ci Assambleyasının iclasında çıxışında deyib. Onun sözlərinə görə, beynəlxalq tədbirin Bakıda təşkil olunması, həmçinin ölkənin çoxpartiyalı bir ölkə kimi uğurlu inkişafından xəbər verir: “Ölkəniz 20 illik müstəqillik dövründə mühüm uğurlara imza atıb. Azərbaycanda yoxsulluğun səviyyəsi 7 faizədək azaldılıb, milyonlarla iş yerlərinin açılması ilə insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətində mühüm işlər görülüb. Bizim fikrimizcə, hər bir xalqın yeganə düşməni yoxsulluqdur. Ona görə də hər bir xalq çalışmalıdır ki, öz ölkəsini inkişaf etdirsin və müəyyən sosial problemləri həll etsin. Bunların nəticəsində ümumi Asiya regionunda birgə inkişafa və uğurlara nail olmaq olar”.


Xose de Venesiya Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ konfliktinin, o cümlədən hansısa yeni bir münaqişənin olmasını istəmirlər: “Bu konfliktlər yaradılmamalı, əksinə onlar aradan qaldırılmalıdır. Bunun üçünsə birgə danışıqlar aparılmalı və siyasi barışığa nail olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR