TQDK iyunun 2-də ilk buraxılış imtahanları keçirəcək

TQDK iyunun 2-də ilk buraxılış imtahanları keçirəcək
# 01 iyun 2015 08:30 (UTC +04:00)

APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə mayın 20-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.

Həmin gün Bakı şəhərində 31490 (Nərimanov rayonunda 2403, Səbail rayonunda 1641, Yasamal rayonunda 2754, Nəsimi rayonunda 2245, Nizami rayonunda 2521, Binəqədi rayonunda 3855, Sabunçu rayonunda 4503, Xətai rayonunda 3708, Suraxanı rayonunda 2878, Xəzər rayonunda 2750, Qaradağ rayonunda 2043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.

Həmin gün Bakı şəhərində 24408 (Nərimanov rayonunda 2050, Səbail rayonunda 1524, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1706, Nizami rayonunda 2189, Binəqədi rayonunda 3169, Sabunçu rayonunda 2753, Xətai rayonunda 3214, Suraxanı rayonunda 2107, Xəzər rayonunda 1846, Qaradağ rayonunda 1383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR