Azərbaycanda yeni neft-qaz-kimya kompleksinin inşasına gələn il başlanacaq

Azərbaycanda yeni neft-qaz-kimya kompleksinin inşasına gələn il başlanacaq
# 04 dekabr 2012 13:11 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq kompleksin layihəsi üzərində işlər tamamlanmaq üzrədir və 2013-cü ilin III rübündə kompleksə daxil olan qaz emalı zavodunun tikintisinə başlanacaq. Bu müəssisənin istehsal gücü ildə 10 mlrd. kubmetr təşkil edəcək.

Bundan sonra isə layihəyə uyğun olaraq kompleksin ərazisində neft emalı zavodu və neft-kimya müəssisələrinin tikintisi başlayacaq.

R.Abdullayev bildirib ki, 2013-cü ildə komplekslə bağlı işlərə təqribən 300 mln. dollar həcmində sərmayə yatırılacaq: «Hazırda hökumətdə bu işlərə baxılır. Kompleksin maliyyələşdirilməsində Dövlət Neft Fondu da iştirak edəcək. İlin sonunadək komplekslə bağlı gələn il üçün investisiya proqramını müəyyən edəcəyik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR