Balakəndə ev yanıb

Balakəndə ev yanıb
# 20 noyabr 2012 06:31 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın yerli bürosuna verilən məlumata görə, yanğın rayonun Qazma kənd sakini Əlimərdanov Vəfadar Şəhmil oğluna məxsus, ümumi sahəsi 120 kv/m olan fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-nin Balakən rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın nəticəsində evin zirzəmi hissəsinin 40 kv/m sahəsinin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.

YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Balakən rayon YMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR