Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında mövcud vəziyyət açıqlanıb
# 24 dekabr 2012 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-230, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, dekabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 155 m3/s, ongünlük normanın 106 faizini təşkil edir. Bu gün Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir.

Dekabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3 sm, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 2 sm artım, Bankədə 1 sm azalma, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR