Azərbaycanın sənaye və energetika naziri İran səfirini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri İran səfirini qəbul edib
# 06 dekabr 2012 10:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin sənaye və energetika naziri Natiq Əliyevlə görüşüb. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə enerji və sənaye sahələrində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

M. Pakayin neft, qaz və elektrik enerjisi sahəsində texniki və istedadlı kadrların varlığı baxımından geniş imkanlar və potensialların olduğunu bildirib: “İki ölkə prezidentlərinin tövsiyələrinə əsasən, əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır”.

N. Əliyev isə öz növbəsində İranı qonşu və dost ölkə adlandıraraq, Azərbaycanın iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğulayıb. Nazir həmçinin İran-Azərbaycan rəsmiləri arasında enerji və sənaye sahələrində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi istiqamətində əldə olunmuş anlaşmaları mühüm olduğunu da söyləyib: “Ümid edirəm ki, yeni ildə iki ölkə arasına daha artıq anlaşmaların şahidi olacağıq”. Eyni zamanda N. Əliyev təcrübəli mütəxəssislərin mübadiləsi istiqamətində aktiv işlər görməsini də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR