Rusiyaya gedən Azərbaycan vətəndaşlarından tibbi sığorta şəhadətnaməsi tələb olunacaq

Rusiyaya gedən Azərbaycan vətəndaşlarından tibbi sığorta şəhadətnaməsi tələb olunacaq
# 27 dekabr 2012 08:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiyaya vizasız gələn xarici ölkə vətəndaşlarından tibbi sığorta tələb olunacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tibbi sığortanın tələb olunmasına 2015-ci ildən başlanılacaq.

Dövlət Sərhəd Komitəsi Rusiyaya vizasız rejimdə gələcək vətəndaşların tibbi sığortalanmasının vacib olduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Azərbaycan daxil olmaqla 37 ölkə ilə vizasız rejimi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR