Azərbaycanda sənaye istehsalı 0,6% azalıb

Azərbaycanda sənaye istehsalı 0,6% azalıb
# 14 dekabr 2012 07:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sənaye sahələrində 31 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektorunda 7,4% artım, neft sektorunda isə 5,3% azalma müşahidə olunub. İstehsalın 75,7%-i mədənçıxarma, 18,8%-i emal, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

«Hesabat dövründə qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR