Əli Həsənov: “Azərbaycan da söz və mətbuat azadlığının təmin olunması sahəsində digər ölkələr kimi müəyyən problemlərlə qarşılaşır” - FOTOSESSIYA

Əli Həsənov: “Azərbaycan da söz və mətbuat azadlığının təmin olunması sahəsində digər ölkələr kimi müəyyən problemlərlə qarşılaşır” - <span style="color: red;">FOTOSESSIYA
# 10 noyabr 2012 07:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Bu gün dünyanın diqqəti Azərbaycana yönəlib. Çünki Azərbaycanda böyük bir beynəlxalq tədbir 7-ci Dünya internet idarəçiliyi beynəlxalq forumu keçirilir. Dünyanın 100-dən çox ölkəsini əhatə edən 1500-ə qədər internet idarəçisi, mətbuat və informasiya sahəsində çalışan məsul şəxslər, jurnalistlər, dövlət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri bu tədbirdə iştirak edir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq aləmdə Azərbaycanla bağlı müəyyən rəy yaradır. Azərbaycan problemsiz ölkə deyil. Azərbaycan da söz və mətbuat azadlığının təmin olunması sahəsində postsovet məkanını əhatə edən digər ölkələr kimi, müəyyən problemlərlə qarşılaşır”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ATƏT və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda seminarda deyib.

Ə. Həsənov qeyd edib ki, problemlərin bəziləri təəssüflər olsun ki, Azərbaycanın imicinə mənfi təsir də göstərir: “Bu bəzi qrupların, təşkilatların kombinasiyasının nəticəsi kimi meydana çıxır. Bəziləri isə məlumatsızlığın və peşəkarlığın az olmasından irəli gəlir. Bu gün bizim bura toplaşmağımızın səbəbi də məhz peşəkarlığın az olmasının qarşısını almaq üçündür”.

PA şöbə müdiri bildirib ki, ilk dəfədir ki, həm dövləti, həm mətbuat ictimaiyyətini, həm də Azərbaycanın üzv olduğu ATƏT-i təmsil edən qurumların birgə təşəbbüsü və dövlətin maliyyəsi ilə belə bir yardım tədbiri keçirilir. Media sahəsində olan problemlər barədə danışan Ə. Həsənov bunları deyib: “İlk növbədə jurnalistlərin ictimai tədbirlərdə, öz yerlərini və funksiyalarını düzgün müəyyən etməmələri, həmin tədbiri işıqlandırarkən lazımi prosedurları yerinə yetirməmələri nəticəsində bu tədbirlərin qarşısını almağa yönələn qurumlarla jurnalistlər arasında müəyyən problemlər yaranır. Misal olaraq deyə bilərəm ki, bu il keçirilən “Eurovison” müsabiqəsi ərəfəsində Azərbaycanda belə bir hal baş verdi. Dövlət Neft Şirkətinə məxsus ərazilərdə qanunsuz tikililərə və qeyri-qanuni məskunlaşmalara qarşı tədbirlər həyata keçirilərkən orada qanunsuz məskunlaşan vətəndaşlar arasında qarşıdurma yarandı. Dövlət Neft Şirkətinin vəzifəsi öz ərazilərini qanunsuz məskunlaşmadan qorumaq, qanunsuz məskunlaşmaları təmizləməkdir. Çünki oradan çıxarılan neft məhsulları bizim dövlət büdcəmizi formalaşdırır. Bəzi vətəndaşlar isə təəssüf ki, həmin əraziləri zəbt edib özlərinə evlər tikiblər. Təəssüflə qeyd edim ki, həmin qarşıdurmada jurnalist İdrak Abbasov iştirak edib. Həmin jurnalist artıq buna qədər də iki belə hadisədə iştirak edib. Görünür, o ya yerini düzgün seçmir, ya da belə toqquşmalarda müəyyən qüvvələrin təhriki ilə qarışıq olan yerə daxil olur, sonra isə jurnalist olduğunu ortaya qoyur. Bunun nəticəsində də dövlətimizə qarşı problemlər yaratmış olur. Mən bu hadisənin tam təfsilatına varmasam da, onu deyə bilərəm ki, ona qarşı güc tətbiq edənlər onun jurnalist olmadığını təkidlə bildirirlər. İdrak Abbasov isə jurnalist olduğu üçün belə bir təqibə məruz qaldığını iddia edir. Bir daha deyirəm ki, biz belə halların qarşısını almaq üçün bu kimi seminarları təşkil edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR