Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək

Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək
# 22 oktyabr 2016 11:45 (UTC +04:00)

Tehran. Süleyman Fırzəliyev - APA. Oktyabrın 23-24-də Tehranda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun 47-ci iclası keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, iki günlük iclasda İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistandan nümayəndələr iştirak edəcək.

Yığıncaqda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsindəki məsələlər müzakirə olunacaq. Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək sammitinə hazırlıq məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 46-cı iclası iyulun 11-12-də Astanada keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR