Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
# 28 oktyabr 2016 10:34 (UTC +04:00)

Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər NAzirliyindən APA-ya verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, yüksək dağlıq ərazilərdə gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişli olsa da, 30-da atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR