Azərbaycanın iş adamları Daşkənddə keçiriləcək beynəlxalq sərgilərə dəvət olunub

Azərbaycanın iş adamları Daşkənddə keçiriləcək beynəlxalq sərgilərə dəvət olunub
# 04 dekabr 2012 14:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Özbəkistan Azərbaycandan olan iş adamlarını Daşkənddə keçiriləcək ərzaq məhsulları və kənd təsərrüfatı texnikası beynəlxalq sərgilərdə iştirak etməyə dəvət edib.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, gələn ilin mayın 14-16-da Daşkənddə «FoodExpo Uzbekistan» II Beynəlxalq ərzaq məhsulları və «AqroExpo Uzbekistan» kənd təsərrüfatı texnikası sərgiləri keçiriləcək. Özbəkistan Azərbaycan şirkətlərini də bu tədbirlərdə iştirak etməyə dəvət edir.

Təşkilatçılar tərəfindən Azərbaycandan olan iştirakçı şirkətlərə ekspozisiya sahəsinin ümumi dəyərinin 20%-i həcmində endirim ediləcək. Sərgidə ərzaq məhsulları, ət və quş, balıq və dəniz məhsulları, süd və süd məhsulları, yağ məhsulları, şirniyyat və çörək məmulatları, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar və s. nümayiş olunacaq. Bununla yanaşı, sərgidə alkoqollu və alkoqolsuz içkilər, meyvə şirələri, çay və qəhvə nümayiş etdiriləcək.

«FoodExpo Uzbekistan» sərgisinə təxminən 4 500 iştirakçının qatılacağı gözlənilir. «AqroExpo Uzbekistan» sərgisində isə kənd təsərrüfatı avadanlıqları, o cümlədən ət və balığ emalı avadanlıqları, çörəkbişirmə avadanlıqları, soyuducular və dondurucu kameralar, çeşidləmə avadanlıqları və s. nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR