Bakıda 8 min ev quşunu oğurlayan şəxslər tutulub

Bakıda 8 min ev quşunu oğurlayan şəxslər tutulub
# 06 dekabr 2012 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda küllü miqdarda ev quşunu oğurlayan şəxslər həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Mürvət Həsənliyə məxsus fermadan 8000 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR