Bakıda “RİA Novosti” agentliyinin APA-nın tərəfdaşı olduğu “Rusiya hamı üçün” layihəsinin təqdimatı keçirilib - FOTO

Bakıda “RİA Novosti” agentliyinin APA-nın tərəfdaşı olduğu “Rusiya hamı üçün” layihəsinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 22 noyabr 2012 08:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbiri layihənin baş redaktoru Radik Əmirov açıq elan edərək bildirib ki, “Rusiya hamı üçün” layihəsinin əsas məqsədi Rusiya Federasiyası ərazisində yaşayan milli konfessiyalar arasında harmonizasiyanın yaradılmasıdır.

Portal ilkin olaraq Azərbaycan, tacik, çeçen, qırğız və avar dillərində, sonrakı mərhələdə isə Rusiya Federasiyasının bütün dillərində yayımlanacaq. İnformasiya resursunun səhifələrində Azərbaycanın, eləcə də digər xalqların siyasət və mədəniyyəti, Rusiyadakı müxtəlif diasporların nümayəndələrinin fəaliyyəti işıqlandırılacaq portalda “Qanuni miqrant”, “Dil öyrənirik” kimi bölmələr də olacaq.

Tədbirdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev qeyd edib ki, APA “Rusiya hamı üçün” layihəsinin Azərbaycan dilindəki səhifəsini dəstəkləyir və qarşılıqlı əməkdaşlıq çərçivəsində informasiya ilə təmin edir. O, “RİA Novosti” agentliyi ilə APA arasında əməkdaşlıq sazişi imzalandığını, bu əməkdaşlıq çərçivəsində layihənin Azərbaycan dilindəki səhifəsinin informasiya ilə təmin olunduğunu deyib. Onun sözlərinə görə, portal Rusiyada yaşayan azərbaycanlılara öz tarixi vətənləri haqda daha çox informasiya almaq imkanı yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR