SAM-da ilin yekunlarına həsr olunmuş brifinq keçirilib - FOTO

SAM-da ilin yekunlarına həsr olunmuş brifinq keçirilib - <span style="color: red;">FOTO
# 18 dekabr 2012 08:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində 2012-ci ilin yekunlarına həsr olunmuş brifinq keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Azərbaycan bu il BMT Təhlükəsizlik Şurasına sədrlik edib, TANAP layihəsi ilə bağlı saziş imzalanıb, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Ramil Səfərov əfv olunub, Rusiya Qəbələ RLS-in istismarını dayandırıb, ölkəmiz 57-ci “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib və 30-cu Yay Olimpiya Oyunlarında 10 medal qazanaraq ilk 30 dövlət sırasına düşüb.

“2012-ci ildə Azərbaycan dövlətinin inkişafının uzunmüddətli strateji istiqamətlərini müəyyənləşdirmək üçün "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası ictimai müzakirələrə çıxarıldı. Strateji yol xəritəsini təqdim etməklə, Azərbaycan uzunmüddətli perspektivdə geoiqtisadi əhəmiyyətini artırmaq, Avroatlantika məkanına inteqrasiyasını gücləndirmək, demokratiya və bazar iqtisadiyyatı prinsiplərinə sadiq kursunu davam etdirmək, yüksək insan inkişafı hədəfinə çatmaq və informasiya cəmiyyəti qurmaq niyyətini bir daha təsdiqlədi”.

F. Məmmədov əlavə edib ki, 2013-cü il də Azərbaycan üçün vacib il olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR