Azərbaycanda rabitə xidmətlərinin həcmi 17% artıb

Azərbaycanda rabitə xidmətlərinin həcmi 17% artıb
# 14 dekabr 2012 08:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% artaraq 1,3 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, informasiya və rabitə xidmətlərinin 72,1%-i əhaliyə göstərilən xidmətlərin payına düşüb. Eyni zamanda, əldə olunan gəlirin 59,7%-i mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 13,5% çoxdur.


Hesabat dövründə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 764,9 mln. manat təşkil edib, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 77,5 mln. manat və ya 11,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR