Bakıda səfirlik avtomobili yük maşını ilə toqquşub

Bakıda səfirlik avtomobili yük maşını ilə toqquşub
# 24 may 2017 08:27 (UTC +04:00)

Bakıda səfirlik maşını qəzaya düşüb.

APA-nın məlumatına görə, Nəsimi rayonunun Yusifbəyli küçəsində Gürcüstanın Azərbaycandakı səfirliyinə məxsus “Nissan” markalı avtomobil “Iveco” markalı, 90 JR 244 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR