“ASB Bank” ötən ili mənfəətlə başa vurub

“ASB Bank” ötən ili mənfəətlə başa vurub
# 18 yanvar 2017 11:53 (UTC +04:00)

2016-cı ilin sonunda “ASB Bank”ın aktivlərinin həcmi 779,562 mln. manat təşkil edib.

APA-Economics”in bankın Beynəlxalq Maliyyə Hesabatı Standartına (İFRS) uyğun hazırladığı hesabata əsasən “ASB Bank”ın kredit portfeli ilin sonuna 287,790 mln. manat olub.

Hesabat dövrünün sonuna bankın depozit portfeli 442,774 mln. manata, ümumi öhdəliklərin həcmi isə 702,604 mln. manata bərabər olub.

Hesabata əsasən, ötən il bankın nizamnamə kapitalı 60 mln. manat təşkil edib.

Qeyd edək ki, “ASB Bank” 2016-cı ili 3 mln. 833,199 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR