Azərbaycanda etibarsız sənədlərlə yaşayan və icazə almadan işləyən 40 əcnəbi aşkarlanıb

Azərbaycanda etibarsız sənədlərlə yaşayan və icazə almadan işləyən 40 əcnəbi aşkarlanıb
# 27 noyabr 2012 13:42 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 40 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR