Bakıda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bakıda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var
# 12 noyabr 2012 15:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Mehdiabad-Pirşağı yolunda qeydə alınıb.

“QAZ-3110” markalı maşın yolun əks istiqaməti ilə hərəkət edən “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə iki nəfər hadisə yerindəcə keçinib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəza nəticəsində daha iki nəfər - Xosrov Yusifov və Sənan Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR