İsrail-Suriya sərhədində növbəti atışma baş verib

İsrail-Suriya sərhədində növbəti atışma baş verib
# 12 noyabr 2012 20:46 (UTC +04:00)

Baku-APA. Suriya-İsrail sərhədində yenidən atışma olub. Suriya tərəfinin növbəti minomyot atəşinə İsrail bu dəfə tank atəşi ilə cavab verib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən tanklar Suriya tərəfindəki «atəş mənbəyini» vurublar. İsrail tərəfi hədəfin dəqiq vurulduğunu da iddia edir.

Eyni zamanda Suriya tərəfi İsrail istiqamətində məqsədyönlü atəş açılmadığını, hökumət və müxalifət qüvvələri arasında döyüşlər zamanı atılan mərmilərin təsadüfən İsrail tərəfə düşdüyünü bəyan edib.

Son günlər İsrail-Suriya sərhədində atışmalar intensivləşməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR