Qondarma “erməni soyqırımı” haqqında kitabın müəllifi Rumıniyanın iqtisadiyyat naziri təyin olunub

Qondarma “erməni soyqırımı” haqqında kitabın müəllifi Rumıniyanın iqtisadiyyat naziri təyin olunub
# 22 dekabr 2012 08:35 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Rumıniya parlamenti baş naziri Viktor Pontanın rəhbərlik edəcəyi yeni hökumətin tərkibini təsdiqləyib. APA-nın məlumatına görə, yeni hökumətdə erməni əsilli şəxs də nazir kürsüsünə yiyələnib. Rumıniya iqtisadiyyat naziri vəzifəsinə Varujan Voskanyan təyin olunub. Yeni struktura görə, bir neçə nazirlik, o cümlədən energetika, kiçik və orta biznes, biznes mühiti, turizm nazirlikləri Varujan Voskanyana tabe olacaq.

Qeyd edək ki, Varujan Voskanyan qondarma “erməni soyqrımı” haqqında yazılmış, Rumıniyada beş ən çox satılan kitablardan biri olan “Pıçıltılar kitabı”nın müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR