Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının gələn 2-3% artacağını proqnozlaşdırır

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının gələn 2-3% artacağını proqnozlaşdırır
# 13 dekabr 2012 13:26 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu gün AİB-in Azərbaycanda 2012-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxış edən bankın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib ki, hazırda Asiya regionunda iqtisadi artım tempi AİB-in gözlədiyindən azdır və buna Hindistan, Qazaxıstan və Azərbaycan kimi ölkələrdə neft sektorunda yaşanan bəzi problemlər səbəb olub: «Hazırda region iqtisadiyyatının aparıcı qüvvəsi Çindir. Ümumiyyətlə, əgər 2012-ci ildə AİB Asiya üzrə iqtisadi artım tempini 6,2% olacağını proqnozlaşdırırdısa, hazırda bu proqnoz 6%-ə endirilib, 2013-cü ildə isə bu göstəricinin 6,6% olacağı gözlənilir».

O.Noroyono onu da bildirib ki, Azərbaycan iqtisadiyyatı üzrə hazırda yeni hesablamalar aparılır və bu hesablamalar 2013-cü ilin fevral ayında başa çatacaq: «Düşünürəm ki, Azərbaycan iqtisadiyyatı 2013-cü ildə 2-3%-dən çox artmayacaq. Araşdırmalar göstərir ki, «BP-Azerbaijan» şirkəti neft hasilatını artırmalıdır. Lakin bu, 1 ildən tez olmayacaq».

İnflyasiyanın səviyyəsinə gəldikdə isə, AİB-in rəsmisi qeyd edib ki, Asiya regionunda 2013-cü ildə inflyasiyanın bir qədər yüksələcəyi gözlənilir: «Biz 2012-ci ilin sonuna regionda inflyasiyanın səviyyəsini 5,4%, 2013-cü ildə isə 6,5% olacağını proqnozlaşdırırıq».

O.Noroyono əlavə edib ki, Azərbaycan üzrə 2013-2014-cü illər üçün yeni proqnozlar gələn ilin fevral ayında hazır və artıq mart ayında dərc olunacaq.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ÜDM-in artım tempi 1,2% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR