Azərbaycan paytaxtında yeni rayon yaradılır

Azərbaycan paytaxtında yeni rayon yaradılır
# 14 dekabr 2012 09:36 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə komitə sədri Arif Rəhimzadə məlumat verib.

Qanunda olan dəyişikliyə əsasən, Bakının ərazisində yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub. Bu məqsədlə Bakının Xəzər rayonunun inzibati ərazisindən müvafiq ərazi ayrılıb.

İclasda həmçinin “Gəncə şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi” barədə qanun layihəsi müzakirə olunub. Qanuna edilən dəyişikliyə görə, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazisindən müvafiq ərazi ayrılaraq Gəncə şəhərinin inzibati ərazisinə əlavə edilir. A.Rəhimzadə bildirib ki, Gəncə ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək: “Torpaqların böyük sahəsi dövlət, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm rol oynayacaq”.

Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR