Azərbaycanda ilk iri fermer təsərrüfatı yaradılır

Azərbaycanda ilk iri fermer təsərrüfatı yaradılır
# 10 dekabr 2012 12:46 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təsərrüfatın 1 500 hektarı Beyləqan, 3 300 hektarı Ağcabədi rayonu ərazisindədir. Fermer təsərrüfatının yaradılması üzrə elan edilmiş müsabiqənin qalibi «Qarabağ-Taxıl» MMC olub və onunla müqavilə bağlanıb.

Artıq təsərrüfatda elektrik təchizatı və suvarma sistemləri qurulur. Əkin sahəsinin bir hissəsində səpin işləri başa çatıb.

Təsərrüfatın yaradılması üzrə layihənin ümumi investisiya dəyəri 27,6 mln. manat təşkil edir. İlk təsərrüfatda ildə 25 min tondan artıq taxıl istehsalı nəzərdə tutulur. Burada 30 min ton tutumu olan taxıl anbarı kompleksi tikiləcək, həmçinin 1000 başlıq müasir heyvandarlıq kompleksi, müasir bitki yağları istehsalı zavodu, özəl aqroservis yaradılması nəzərdə tutulur. Təsərrüfatda növbəli əkin sisteminin tətbiqi nəzərdə tutulur. Burada 350-dən artıq daimi iş yeri yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR