Hicran Hüseynova: “Ölkədə məişət zorakılığı halları artıb”

Hicran Hüseynova: “Ölkədə məişət zorakılığı halları artıb”
# 25 dekabr 2012 10:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2 mindən artıq müraciət daxil olub. Bu müraciətlər bir çox problemləri əhatə edir”. APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu müraciətlərin bir hissəsi sosial problemlər, iş yerlərinin olmaması ilə bağlıdır. H.Hüseynovanın sözlərinə görə, məişət zorakılıq halları ilə bağlı komitəyə müraciətlər edilir: “Ölkədə məişət zorakılığı halları artıb. Bu o deməkdir ki, artıq qadın dözmür və şikayət edir. Amma əvvəllər bu qapalı formada idi. Hamı fikirləşirdi ki, ayıbdır və heç kim bilməsin. Əslində bir adam belə bir zorakılığa məruz qalırsa, mütləq müdafiə olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR