Azərbaycan yığması Türkiyə millisinə qalib gəlib

Azərbaycan yığması Türkiyə millisinə qalib gəlib
# 29 noyabr 2012 09:54 (UTC +04:00)

Bakı-APA. Azərbaycan millisi Qətərin paytaxtı Dohada Dünya Otüstü Hokkey Liqasında ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk görüşündə ev sahiblərinə qalib gələn komandamız bu dəfə Türkiyə yığması ilə qarşılaşıb.

Oyun hokkeyçilərimizin darmadağını ilə yekunlaşıb – 4:0. Millimizin qolları Əli Qəzənfər (2), Səlim Xalid və Tariq Əzizin aktivindədir.

5 yığmanın mübarizə apardığı yarışın digər cütündə Qətər Omana 4:3 hesabı ilə qalib gəlib. Beləliklə, II turdan sonra turnir cədvəlinə Azərbaycan hokkeyçiləri başçılıq edirlər.

Azərbaycan

2

2

0

0

9-4

6

Şri Lanka

1

1

0

0

6-2

3

Qətər

2

1

0

1

8-8

3

Oman

1

0

0

1

3-4

0

Türkiyə

2

0

0

2

2-10

0

Qeyd edək ki, yarışın II mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR