Hindistanda dini bayram zamanı 18 nəfər həlak olub

Hindistanda dini bayram zamanı 18 nəfər həlak olub
# 19 noyabr 2012 21:57 (UTC +04:00)

Bakı-APA. Hindistanda dini bayram zamanı yaranmış izdihamda 18 nəfər, o cümlədən 8 uşaq həlak olub, onlarla insan isə yaralanıb.

Yerli mətbuatın məlumatına əsasən, faciə ölkənin şimalındakı Patna şəhərində Çxatx indus bayramı zamanı baş verib. Bu bayramın vacib hissələrindən biri Qanq çayında yuyunmaqdır.

İlkin məlumata görə, hadisəyə insanların keçdiyi bambuk körpüsünün yararsızlığı səbəb olub. Körpü ağırlıqdan yellənməyə başlayanda, onun üzərindən sürətlə keçmək istəyən bir neçə min insanın arasında qorxudan basabas yaşanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR