IDEA Kampaniyasının Resurs Mərkəzində gürcüstanlı gənclərlə görüş keçirilib - FOTO

IDEA Kampaniyasının Resurs Mərkəzində gürcüstanlı gənclərlə görüş keçirilib - <span style="color: red;">FOTO
# 04 dekabr 2012 14:52 (UTC +04:00)

Bakı – APA. Bu gün Gürcüstandan olan 20 gənc fəal Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) Resurs Mərkəzi ilə tanış olub.

Kampaniyadan APA-ya verilən məlumata görə, gənclər Azərbaycanda BMT-nin Keçmiş Təcrübəçiləri Assosiasiyasının (AFUNI) təşkilatçılığı, habelə İsveç və Gürcüstanın BMT Assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycan və Gürcüstan arasında Gənclər Mübadiləsi proqramı ilə Azərbaycanda 4 günlük tədris xarakterli səfərdədirlər.

Görüş zamanı gənclər IDEA Kampaniyası və onun Resurs Mərkəzinin iş prosesi ilə yaxından tanış olub, artıq icra olunmuş və gələcəkdə planlaşdırılan layihələr haqqında resurs mərkəzinin komandası tərəfindən ətraflı məlumat alıblar. Azərbaycan və Gürcüstan gənclərinin əməkdaşlığının perspektivləri və bunun nəticəsində ərsəyə gələ biləcək layihələrin ideyaları müzakirə olunub.

Bundan əlavə, müzakirə zamanı Azərbaycan və Gürcüstan gənclərinin ortaq probleminə çevrilən Cənubi Qafqaz regionunda müşahidə olunan ekoloji vəziyyət və ətraf mühitin qorunması ilə bağlı bir sıra məsələlərə də toxunuldu və birgə «Bir Dünya, Bir Gələcək» naminə atıla biləcək birgə addımlar haqqında danışıldı.

Xatırladaq ki, Resurs Mərkəzinin rəsmi açılışı 19 may 2012-ci il-də IDEA Kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə baş tutub. Hazırda Resurs Mərkəzi gənclərin maariflənməsinə töhfə verəcək layihələrin icrasına uğurla davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR