İran ABŞ-a məxsus pilotsuz təyyarədəki informasiyaları əldə edib - FOTO

İran ABŞ-a məxsus pilotsuz təyyarədəki informasiyaları əldə edib   - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 16:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın təhlükəsizlik qüvvələri ələ keçirdikləri ABŞ-a məxsus “ScanEagle” model pilotsuz təyyarədəki informasiyaları götürə biliblər.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran İslam İnqilab Keşikçiləri Korpusundan (“Sepah”) açıqlama verilib.

Bildirilib ki, yerə endirilən təyyarə heç bir zədə almayıb və o, ötən il ələ keçirilən “Ar-Kyu-170” tipli “Sentinel” pilotsuz təyyarəsindən daha təkmildir: “Ehtiyac olarsa, “ScanEagle” haqqında başqa məlumat da verməyə hazırıq. İran ondan beynəlxalq məhkəmələrdə ABŞ-ın İranın hava sərhədini pozmasına dair dəlil olaraq istifadə etmək fikrindədir”.

Qeyd edək ki, “Sepah” komandanı, admiral Əli Fədəvi ABŞ-a məxsus yeni pilotsuz təyyarənin ələ keçirildiyi ilə bağlı açıqlama verib. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması bu xəbəri təkzib edərək bildirib ki, Pentaqon Fars körfəzində son zamanlar heç bir pilotsuz təyyarəsini itirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR