Aktyor Hacımurad Yegizarov xəstəxanaya yerləşdirilib

Aktyor Hacımurad Yegizarov xəstəxanaya yerləşdirilib
# 10 dekabr 2012 12:14 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru, xalq artisti Hacımurad Yegizarov xəstəxanaya yerləşdirilib. Teatrın direktoru Ədalət Hacıyevin APA-ya verdiyi məlumata görə, aktyorun səhhəti ötən gün pisləşib və o, Badamdar qəsəbəsində fəaliyyət göstərən Müalicə Mərkəzinə yerləşdirilib. Teatr rəhbəri bildirib ki, ötən həftə Hacımurad Yegizarov iki gün tamaşada çıxış edib və tamaşadan sonra halında dəyişiklik olub: “Hacımurad Yegizarovla dünəndən etibarən tez-tez telefon əlaqəsi saxlayırıq. Hazırda müayinə davam edir, o, palata rejimində müalicə olunur”.

Üç gün davam edən güclü hərarətdən sonra həkimə müraciət edən aktyorun ciyərlərində ikitərəfli sətəlcəm aşkarlanıb və onun müalicəsi bir müddət davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR