Qusarda baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb

Qusarda baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb
# 05 dekabr 2012 09:50 (UTC +04:00)

Qusar. Vəli Turan-APA. Qusar rayonu ərazisində bir nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Qusar-Həzrə yolunda qeydə alınıb. 1961-ci il təvəllüdlü Bəxtiyar Sultanovun idarə etdiyi 10 DU 959 dövlət nömrə nişanlı “QAZ 31” markalı avtomobillə 1981-ci il təvəllüdlü Ruslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 39 BQ 115 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı maşında olan 1973-cü il təvəllüdlü Nazxanım Bəkirova dünyasını dəyişib. Hər iki sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR