«Bazarstore» Türkiyədə mükafatlandırılıb - FOTO

«Bazarstore» Türkiyədə mükafatlandırılıb   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 09:15 (UTC +04:00)

Bakı – APA-Economics. Türkiyənin Pərakəndəçilər Federasiyası və «Retail News» jurnalı Azəröaycanın «Bazarstore» pərakəndə satış şəbəkəsini yüksək mükafata layiq görüb.

«APA-Economics»in məlumatına görə, Türkiyədə keçirilən «Pərakəndə zirvəsi» mükafatının təqdimat mərasimində sektorun ən güclü simaları bir araya gəlib. Tədbirə xüsusi dəvət alan «Azersun Holding» son illərdə pərakəndəçilik sahəsində əldə etdiyi nailiyyətlərə görə Təşkilat Komitəsi tərəfindən «Pərakəndə qüruru» mükafatına layiq görülüb. Hədiyyə plaketini Türkiyə Pərakəndəçilər Federasiyasının başçısı Selamet Aygün «Azersun Holding»ın İdarə Heyətinin üzvü Tahir Gözələ təqdim edib.

Qeyd edək ki, «Bazarstore»un satış mərkəzləri «28 Mall», Xətai, Gənclik, Bakıxanov qəsəbəsində və «Şüvəlan Park»da fəaliyyət göstərir. «Bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər şəriət qaydalarına uyğun kəsilir. Satılan bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət yüksək səviyyədə təşkil olunub», - deyə Holdinqdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR