Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirilib

Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirilib
# 16 avqust 2017 16:02 (UTC +04:00)

Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, nəticədə narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli bilinən Faiq Hüseynov adlı şəxs saxlanılıb.

Saxlanılan şəxsin qohumları ittihamları əsassız adlandırıblar.

Qeyd edək ki, son günlər adıçəkilən qəsəbədə həyata keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb. Saxlanılanlar arasında olan Nazim və Mahir Cəfərov qardaşları ilə bağlı məhkəmə həbs qəti imkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR