Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab-diskin təqdimat mərasimi keçirilib - FOTO

Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab-diskin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 12:13 (UTC +04:00)

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, audiodisk Şuranın sifarişi ilə Mədəni İnkişaf İctimai Birliyi tərəfindən hazırlanıb.

Bakı şəhəri Yasamal rayonu 20 saylı orta məktəbdə baş tutan tədbiri məktəbin direktoru Sabir Məmişov açaraq, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb və onun xatirəsinin xalqımız tərəfindən daim minnətdarlıqla anıldığını bildirib.

Mərasimdə çıxış edən Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun, bütövlükdə qeyri-hökumət təşkilatlarının Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramını qeyd edib, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi yolunda Şura ilə Mədəni İnkişaf İctimai Birliyinin sıx əməkdaşlıq etdiyini vurğulayıb. F.Qurbanov bu əməkdaşlığın nəticəsi kimi Şuranın sifarişi ilə ötən illərdə elektron formatda hazırlanmış “Əbədiyyət dastanı” (2010) və “Böyük ömrün davamı” (2011) CD disklərini də qeyd edib.

Mədəni İnkişaf İctimai Birliyinin sədri Gəray Əlibəyov audiodiskdə Azərbaycanın tanınmış 9 şairinin Heydər Əliyev dühasını və şəxsiyyətini tərənnüm edən şeirlərinin toplandığını və onların bədii qiraət ustası, əməkdar artist Azad Şükürov tərəfindən səsləndirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR