Sərdar Rəhmətullayev: “Azərbaycanla yoxlama oyununun keçirilməsi variant yox, həll olunmuş məsələdir”

Sərdar Rəhmətullayev: “Azərbaycanla yoxlama oyununun keçirilməsi variant yox, həll olunmuş məsələdir”
# 04 dekabr 2012 13:52 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan millisi komandası ilə yoxlama oyununun keçirilməsi variant yox, həll olunmuş məsələdir”. Bu sözləri apasport.az saytına açıqlamasında Özbəkistan Futbol Federasiyasının baş katibi Sərdar Rəhmətullayev deyib.

O bildirib ki, gələn ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı keçəcək Özbəkistan yığmasının fevralın ilk günündə Azərbaycanla görüşəcəyini bildirib: “Özbəkistan millisi yığmanızla gələn il fevralın 1-də görüşəcək. Həmin yoldaşlıq oyunu Dubayda keçiriləcək. Artıq bu məsələ tam həll olunub. Bizdə yığmalarla bağlı bütün məsələlərlə Milli Komandalar Mərkəzi məşğul olur. Elə Azərbaycan millisi ilə görüşün keçirilməsini də onlar razılaşdırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR